Jim Collins’in “How The Mighty Fall” (təx. Güclü necə
yıxıla bilər) kitabında şirkətlərin çökmə prosesinin təxminən 5 mərhələdən ibarət
olduğu qeyd edilir. Bunlardan ilk 3-ü: Uğurdan yaranan “Hubris” (həddən artıq özündən
razılıq, məğrurluq), Nizam-intizamsız (qanunauyğun olmayan) şəkildə daha çoxa doğru
meyllənmə və Təhlükələrin inkarıdır. Belə baxanda bu həm də dövlətlər üçün də deyilə
bilər. Konkret olaraq Azərbaycan iqtisadiyyatının vəziyyətini hazırda bu mərhələlər
üzrə təsvir etmək olar. Kitabı oxuyanda tamamən ölkə iqtisadiyyatını və idarəetməsini
gözləriniz önündə canlandırırsız. Necə deyərlər məğrurluq, mövcüd təhlükəni
inkar etmək və s. hamısını ən son dövrlərə qədər müşahidə edirdik. Hətta hələ də
bəzən də müşahidə edirik. Bura qədər hər nəysə, amma qalan növbəti 2 mərhələ o
qədər də ürəkaçan deyil. Həmin mərhələləri özünüz kitabdan oxuyub görə bilərsiniz.
Ümid edirik ki, hökumətimiz son 2 mərhələnin baş verməsinə imkan verməyəcək.
No comments:
Post a Comment