Devalvasiya yaxşı şeydi...
Son vaxtlar telekanallarda müxtəlif ekspertlər
devalvasiyanın yaxşı tərəflərindən ağızdolusu danışırlar. Deyirlər ixracı
stimullaşdıracaq, iqtisadiyyata yeni nəfəs gətirəcək və s. Hə nə deyirik ki? Deyirsizsə deməli belə də olacaq. Baxarıq.
Amma məncə də devalvasiyanın xalqımıza xeyri olacaq. Məsələn:
·
370 manat maaş alıb 950 manatlıq iPhone işlədən qardaş və bacılar
azalacaq
·
Aylıq gəliri 1000-1500 manatı keçməyən ev təsərrüfatı oğlunun toyuna
8000-lik manıs dəvət eləməyəcək.
·
Toylarda biri-birinə dəyməyən 17 növ “xalodnı”, 6 növ “qaryaçi” olmayacaq.
·
Cəriməsi 50 manatdı da deyib yolda inzibati xəta törətməyəcəklər və
s.
Yəni sözümün canı odur ki, qənaətin əsl zənginlik
olduğunu öyrənəcəyik. Düzdür buna zəmanət verə bilmirəm, çünki qanla gələn canla
çıxar. Amma baxaq da. Belə də ki, bu məslələri birinci özümə deyirəm ki, siz də
eşidəsiniz.
No comments:
Post a Comment