Friday, March 6, 2015

Hustling


$100 startup kitabını oxuyuram bu aralar. Müəllif Chris Guillebeau-nun yaxşı fikirləri var. Dünən "hustling" ilə bağlı bölməni oxudum. "Hustling" irəli aparmaq, hərəkət etdirmək mənasındadır hərfi mənada, amma daha çox hər hansı məhsulun və ya xidmətin tanıdılması mənasında işlədilir. Aşağıda verilən şəkillər bu prosesi daha yaxşı izah edir.
Yuxari hissə danışılan, aşağı hissə isə görülən işi təsvir edir. Birinci şəkil şarlatanlıqdır, yəni heç bir iş görülməyib, məhsul ortaya qoyulmayıb amma ancaq danışma var, göstəriş var. İkinci şəkil isə özünü qurban etməkdir (şəhid ifadəsi ilə). Yəni iş görülüb, amma kifayət qədər məlumat verilməyib. Bir növ kölgədə qalıb. Üçüncü şəkil isə "hustling" hesab olunur. Nə qədər iş görülübsə o qədər də "piar" işi aparılıb. Cəmiyyətdə hazırda daha çox şarlatana rast gəlirik:)))



Photo: http://janefriedman.com/2012/06/05/hustling-how-to-spread-the-word-about-your-work/

No comments:

Post a Comment