Tuesday, November 13, 2012

Biznes Modelinizini Yenidən Kəşf Edin


Son oxuduğum maraqlı məqalələrdən biri də “Harvard Business Review” jurnalında nəşr olunmuş, Mark W. Johnson, Clayton M.Christiensen and Henning Kagermann tərəfindən qələmə alınan “Biznes modelinizin yenidən kəşfi” (Reinventing Your Business Model) adlanır.


Məqalə hər bir uğurlu biznesin müəyyən modelə əaslandığını iddia edir və biznes modelinin uğurla qurulması və həyata keçirilməsi üçün zəruri olan komponentlərdən bəhs edir. Hazırda bütün dünyada öz məhsulları ilə şöhrət qazanmış Apple şirkətinin timsalında biznes modelin nələrə qadir olduğu əyani şəkildə göstərilir. Müəlliflərin fikrincə biznes model 4 komponentdən ibarətdir:

·         Müştəriyə təklif olunan dəyər (Customer value proposition)
·         Mənfəət düsturu (Profit formula)
·         Əsas tələb olunan resurslar (Key resources)
·         Əsas proseslər (Key processes)




Ümumilikdə biznes model müştəriyə təklif olunan dəyər ilə başlayır. Məqalədə bu cür dəyərin aydın şəkildə ortaya qoyulması uğurlu biznes model üçün əsas şərtlərdən biri hesab olunur. Həmçinin müəlliflər müştəriyə təklif olunan dəyərin tapılması və ya formalaşdırılması üçün müştərilərin təmin olunmayan 4 növ ehtiyacından ən az birinin ödənilməsini şərt kimi irəli sürürlər. Bu ehtiyaclar maliyyə, məhsula çıxış, bilik-bacarıq və vaxt çatışmamazlığından irəl gəlir.
Məqalədə Dow Corning, Tata GroupHilti kimi şirkətlərdən konkret nümunələr verilir və yeni biznes modelinin qurulmasını tələb edən aşağıdakı 5 bazar şəraitindən söz açılır:

1.       Mövcud məhsulun və ya xidmətin müəyyən müştəri seqmenti üçün bahalı və ya mürəkkəb    olması
2.       Yeni texnoloji nailiyyətin/kəşfin kommersiyalaşdırılması və ya mövcud texnologiyanın yeni sahədə tətbiqi
3.       Müəyyən bir xidmətin daha effektiv yerinə yetirilməsi imkanının yaranması
4.       Daha ucuz məhsullar təklif edən yeni rəqibin qarşısının alınması və ya sıradan çıxarılması
5.       Dəyişən rəqabət mühitinə adekvat reaksiya verilməsi

Məqalə son dərəcə praktik və səlis dillə qələmə alınmışdır. Yuxarı səviyyəli menecerlərə və sahibkarlıqla məşğul olmaq istəyənlərə məqaləni oxumağı tövsiyyə edərdim.


http://hbr.org/2008/12/reinventing-your-business-model/ar/1   Reinventing Your Business Model by Mark W. JohnsonClayton M. Christensen, and Henning Kagermann

No comments:

Post a Comment