Diane L. Coutu
tərəfindən qələmə alınmış və "Harvard
Business Review" jurnalında nəşr olunmuş "Dayanıqlılıq necə baş verir" (How Resilience Works) adlı məqaləni oxudum və məqalə ilə bağlı bəzi
məqamları sizinlə bölüşmək istəyirəm.
Dayanıqlılıq (resilience) müxtəlif çətin
anlarda insanların şəraitə və hadisələrə qarşı dayanıqlı davranması və inamı
itirmədən məqsədə doğru inamla irəliləməsii nəzərdə tutur. Hazırda qərbdə bir
çox şirkətlər dayanıqlılığı işəqəbuletmə prosesində əsas amillərdən biri kimi qəbul
edir. Lakin təbii ki, bu keyfiyətin ölçülməsi o qədər də asan deyil. Müəllif
qeyd edir ki, dayanıqlılıq bəzi araşdırmaçılara görə anadan gəlmə xarakter
daşısa da, əksər hallarda bu sonradan öyrənilə
bilər.
Məqalədə həyatında bir neçə ciddi (övladını
itirmiş və daha iki övladı xəstə olan) uğursuzluqlar yaşamış media işçisi,
nasist düşərgələrində yaşamış və s. insanlar nümunə gətirilir və onların bu cür
problemlər arasında necə məhv olmadan və inamını qoruyaraq yaşaması analiz
edilir.
Müəllif həmçinin dayanıqlılığın 3 əsas
elementindən: reallığı görmək və qəbul
etmək, istənilən şəraitində həyata məna yükləmək və improvizasiya etmə qabiliyyətindən
söz açılır. Diane xanım həm də iddia edir ki, həyatda ən dayanıqlı və güclü
insanlar heç də bildiyimiz kimi optimist insanlar deyil, realist insanlardır.
Məqalə çox maraqlı və həyata tətbiq oluna bləcək səviyyədə praktikdir. Maraqlananlar məqalənin
orijinalını oxuyub daha təfərrüatlı məlumat əldə edə bilər.
"Keyifli okumalar"
No comments:
Post a Comment