Ölkə iqtisadiyyatında qəbul etsək də etməsək də ciddi bir azalmanın
baş verdiyini deyə bilərik. Səbəbi sadədir: neft ucuzlaşıb. Neftin qiymətinə təsir
edə biləcək resurs potensialımız yoxdu və olması da gözlənilmir. Təsir edə biləcəyimiz
yeganə faktor iqtisadiyyatın digər sahələrinin stimullaşdırılması həmçinin neftdən
kənar ixracı artıra (hətta formalaşdıra) bilməsək də idxalı mümkün qədər
azaltmaqdır. Təbii ki, inzibati yox mümkün qədər iqtisadi və hüquqi qanunlar çərçivəsində.
Bir sözlə ölkə iqtisadiyyatında ciddi islahat (çox siyasi səslənsə də), yəni dəyişiklik
aparmaqdır. Dəyişiklik aparmaq üçün müəyyən idarəetmə qaydaları var. Qərb
biznes və siyasi ədəbiyyatında “change management” (çeync mənəcment) adlanan bu
zadın ən əsas qaydalarından biri də dəyişiklik haqda həmin sistemin üzvlərinə
aydın və birməqsədli mesajın (clarity) verilməsidir. Məqsədim burada mühazirə
oxumaq deyil, onu demək istəyirəm ki, hazırda islahat adı ilə nəsə olunur amma
tamamən əlaqəsiz mesajlar verilir cəmiyyətə. Təklif edirəm ki, (güya mənə qulaq
asan var) islahatların məqsədi və istiqaməti haqqında heç olmasa aydın təsəvvür
yaradılsın. Bunu orta statistik vətəndaşa etməyə bilərsiz (hansı ki, bu daha əsasdır),
amma heç olmasa biznes qurumlarının başında dayanan şəxslər və cəmiyyətdə söz
sahibi olan şəxslər, o cümlədən ekspertlər bunu bilməlidirlər.
Yapalaq...
There is no map... Make one..
Thursday, February 4, 2016
Thursday, January 21, 2016
Neftinin qiyməti düşmüş ərəbə çevrilməmək üçün...
Ödəniş etmək üçün abunəsi olduğum
kabel televiziyasının şöbəsinə getmişdim. İçəri daxil olan kimi məni mühafizə
polisi qarşıladı, soruşdu ki, nə məsələdi? İstədim deyim ki, çörək yeməyə gəlmişəm
(əksər banklarda bu hal vardı son illərə qədər, polis qarşılayırdı səni), amma
dedim ödəniş eləyəcəm. Nəysə, mənə yer göstərdi ki, “oturun gözləyin”. Elə bu
vaxt bir müştəri başladı məlumat bölməsində oturan xanımla mübahisə eləməyə.
Müştərinin arqumenti bu idi ki, şirkət sentyabr ayında qiymətləri 1 manat
artırıb, amma bu haqda abonentə məlumat verməyib. Müştəri 1 manatın 1 əhəmiyyət
kəsb etmədiyini amma bunun ona qarşı hörmətsizlik olduğunu deyirdi. Hətta
anladığım qədərilə xidmətdən istifadəni da dayandırmaq istəyirdi. Düzdü belə
olan halda insanın ilk fikrinə gələn odur ki, “Güya ölkədə hər bir qurum (polis,
market sahibi, dayanacaqda pul yığan dayı və s.) sənə hörmət edir, bircə bu
kabel televiziyasından başqa”. Amma yanaşma bu olmamalıdır məncə. Əlqərəz, kabel
televiziyasının nümayəndələri də and-aman edirdi ki, bəs ekranın aşağısında məlumatverici
titr veriblər. Müştəri isə israr edirdi ki, bu məlumatlandırma vasitəsi sayıla
bilməz, heç olmasa ona zəng edərdilər.
Mübahisənin nə ilə nəticələndiyini bilmirəm
amma məncə ölkədə, xüsusilə də biznes sahəsində (dövlət qurumlarını heç demirəm),ciddi
şəkildə hüquqi, həmçinin xidmət problemi var. Bəlkə də şirkət haqlıdır hüquqi
baxımdan amma müştərinin məmnuniyyəti daha önəmlidir. Əks halda neftinin qiyməti
düşmüş ərəbə dönəcəyik…
Tuesday, January 12, 2016
Böhran həm də fürsətlər deməkdi, AMMA...
Bu gün korporativ müştərilərimizdən birinin
rəhbəri ilə danışırdım telefonda. Ümumi hal-ehvaldan sonra iqtisadi proseslərdən
söz düşəndə müsahibim qayitdı ki, “Əslində krizis həm də fürsətdir. Kimin
bacarığı var qalıb işləyəcək.” Telefonda mən də onu təsdiq etdim, amma əslində burada
bir əmma var.
Bəli, böhran həm də fürsətlər deməkdi, amma
bunun üçün normal bazar iqtisadiyyatı formalaşmalıdır və bazar qanunları çərçivəsində
hərəkət edilməlidir.
Bəli, böhranda kim ağıllı və çevikdirsə məhz
o da böhrandan daha güclənərək çıxacaqdır, amma təbii ki, iqtisadiyyat böhrandan
çıxa bilsə. Güclənib çıxmaq üçün gərək bir “EXİT” işığını görəsən.
Təbii ki, hazırkı vəziyyətdə şikyət etmək ən
son iş olmalıdır amma hər hansı tərəfdən ciddi bir hərəkətlənmə görünmür.
Böhrandan çıxış üçün əvvəlcə vəziyyət qiymətləndirilməli və sonra şəraitə görə müvafiq
tədbirlər düşünülməlidir.
Hazırlıqlı şəkildə gözləyək görək...
Thursday, January 7, 2016
Megastore heyrətləndirir...
Təxminən 2-3 gün əvvəl gec olduğu üçün alış-verişi
24 saat fəaliyyət göstərən Megastrore şəbəkəsindən etməli oldum. Alış-veriş öz
yerində amma xidmətə heyran qaldım. İçəridə gəzişən satış məsləhətçiləri çox
mehriban və yardımsevər davranırdılar. Kimə yaxınlaşırdın “Xoş gəlmisiniz” sözləri
ilə qarşılayırdı. İçəri işıqlı və təmiz idi. “Check-out”-dan sonra işçinin
alınan məhsulları daşımaq təklif etməsi isə son akkordu vurdu.
Megastore “Walmart” olma yolunda ilk
addımını atıb kimi gəldi mənə. Əslində bazarın çətin vəziyyətində xidmətin qaldırılması daha yaxşı taktikadır.
Qalır bunu axıra qədər eləmək. Yəni
ingilislər demiş “consistency”. Bəlkə də əslində belə olmalıdı, sadəcə indi biz
öyrəşməmişik buna.
Tuesday, January 5, 2016
Devalvasiya yaxşı şeydi...
· Aylıq gəliri 1000-1500 manatı keçməyən ev təsərrüfatı oğlunun toyuna 8000-lik manıs dəvət eləməyəcək.
· Toylarda biri-birinə dəyməyən 17 növ “xalodnı”, 6 növ “qaryaçi” olmayacaq.
· Cəriməsi 50 manatdı da deyib yolda inzibati xəta törətməyəcəklər və s.
Subscribe to:
Posts (Atom)