$100
startup kitabını oxuyuram bu aralar. Müəllif Chris Guillebeau-nun yaxşı fikirləri var. Dünən "hustling" ilə
bağlı bölməni oxudum. "Hustling" irəli aparmaq, hərəkət etdirmək
mənasındadır hərfi mənada, amma daha çox hər hansı məhsulun və ya xidmətin
tanıdılması mənasında işlədilir. Aşağıda verilən şəkillər bu prosesi daha yaxşı
izah edir.
Yuxari
hissə danışılan, aşağı hissə isə görülən işi təsvir edir. Birinci şəkil
şarlatanlıqdır, yəni heç bir iş görülməyib, məhsul ortaya qoyulmayıb amma ancaq
danışma var, göstəriş var. İkinci şəkil isə özünü qurban etməkdir (şəhid
ifadəsi ilə). Yəni iş görülüb, amma kifayət qədər məlumat verilməyib. Bir növ
kölgədə qalıb. Üçüncü şəkil isə "hustling" hesab olunur. Nə qədər iş
görülübsə o qədər də "piar" işi aparılıb. Cəmiyyətdə hazırda daha çox
şarlatana rast gəlirik:)))
Photo: http://janefriedman.com/2012/06/05/hustling-how-to-spread-the-word-about-your-work/