Ölkə iqtisadiyyatında qəbul etsək də etməsək də ciddi bir azalmanın
baş verdiyini deyə bilərik. Səbəbi sadədir: neft ucuzlaşıb. Neftin qiymətinə təsir
edə biləcək resurs potensialımız yoxdu və olması da gözlənilmir. Təsir edə biləcəyimiz
yeganə faktor iqtisadiyyatın digər sahələrinin stimullaşdırılması həmçinin neftdən
kənar ixracı artıra (hətta formalaşdıra) bilməsək də idxalı mümkün qədər
azaltmaqdır. Təbii ki, inzibati yox mümkün qədər iqtisadi və hüquqi qanunlar çərçivəsində.
Bir sözlə ölkə iqtisadiyyatında ciddi islahat (çox siyasi səslənsə də), yəni dəyişiklik
aparmaqdır. Dəyişiklik aparmaq üçün müəyyən idarəetmə qaydaları var. Qərb
biznes və siyasi ədəbiyyatında “change management” (çeync mənəcment) adlanan bu
zadın ən əsas qaydalarından biri də dəyişiklik haqda həmin sistemin üzvlərinə
aydın və birməqsədli mesajın (clarity) verilməsidir. Məqsədim burada mühazirə
oxumaq deyil, onu demək istəyirəm ki, hazırda islahat adı ilə nəsə olunur amma
tamamən əlaqəsiz mesajlar verilir cəmiyyətə. Təklif edirəm ki, (güya mənə qulaq
asan var) islahatların məqsədi və istiqaməti haqqında heç olmasa aydın təsəvvür
yaradılsın. Bunu orta statistik vətəndaşa etməyə bilərsiz (hansı ki, bu daha əsasdır),
amma heç olmasa biznes qurumlarının başında dayanan şəxslər və cəmiyyətdə söz
sahibi olan şəxslər, o cümlədən ekspertlər bunu bilməlidirlər.